Ayətullah Safi Bəhreyn dövlətinin vəhşi cinayələtlərini kəskin surətdə
pisləmişdir

Ayətullah Safi Gülpayiqani Bəhreyn alimləri ilə
görüşü zamanı Bəhreyn dövlətinin vəhşi cinayətlərini qətiyyətlə pisləmiş
və şəhid ailələrinə və Bəhreyn millətinə başsağlığı vermişdir. (abna)
O,
demişdir: “Bəhreyn xalqı Allaha təvəkkül edərək, inşaallah bu hərəkət
və qiyamda qələbə çalacaq və öz həqiqi hüquqlarına çatacaqdır. Zülmün
axırı yaxşı olmaz. Zülmkarlar elə bu dünyada zillət və xarlıqla aradan
gedəcəklər. Bəhreynin müsəlman xalqı öz hüquqlarını tələb edirlər.
Onların istəyi budur ki, bir kiçik xanlıq əksəriyyətə zalımcasına və
hegemoncasına hökumət etməsin. Onlar öz hakimiyyətlərini qorumaq üçün
xaricilərdən asılıdırlar və zalımkarların siyasətini yürüdürlər. Bəhreyn
xalqı bu qiyamda öz qanuni, dini və tapdalanmış hüquqlarını tələb
edirlər. Ancaq çox təəsüf ki, bu dövlət xalqa düzgün və səmimi cavab
vermək əvəzinə onları qanlarına qəltan eləmişdir. Biz bu ağrılı
hadisələri və vəhşi cinayətləri qətiyyətlə pisləyirik. Müstəqil
ölkələrdən və həmçinin beynəlxalq təşkilatlardan, xüsusilə də İslam
Konfransı Təşkilatından tələb edirik ki, bu cinayəti pisləsinlər.
Bəhreyn hökumətindən isə tələb edirik ki, xalqın dini hüquqlarına müsbət
cavab versin və məzlum Bəhreyn xalqına zalımın zülmündən nicat versin”.