
Quranda Allah bəzən bəzi işləri özünə nisbət verir və bəzən də həmin işi
başqasına nisbət verər. Məsələn, insanın canını almaq barəsində. Bir
yerdə buyurar: “Allah insanların canını alar”. (“Zumər” surəsi, 42).
Başqa bir yerdə buyurar: “Ölüm mələyi Əzrail insanların canını
alar”. (“Səcdə” surəsi, 11).
Başqa bir yerdə buyurur:
“Mələklər insanların canını alar”. (“Ənam” surəsi, 61).
Hər
üç ayə qəbul olunur. Belə ki, siz bir binaya baxanda deyə bilərsiniz:
- Bu binanı mühəndis və memar tikmişdir.
- Bu binanı
bənna və fəhlə tikmişdir.
- Bu binanı sahibi inşa etmişdir.
Bütün bu deyilənlər doğrudur. Eyni zamanda deyə bilərik: açar qapını
açar. Əlim qapını açar. Özüm qapını açaram. Çünki açar əlimin
ixtiyarındadır və əlim də mənim ixtiyarımdadır.
Yuxarıdakı
ayələrdə də yəqin ki, belə deyilir: Mələklər can alırlar. Əzrailə təhvil
verərlər. Əzrail də Allaha təhvil verər. Necə ki, Quran behişt əhli
haqda müxtəlif şərhlər verər. Bir yerdə buyurar: “Allah onları su ilə
doydurar”. (“İnsan” surəsi, 21). Başqa yerdə buyurar: “Orada onlara
zəncəfil qatılmış camdan içirərlər”. (“İnsan” surəsi 17).